Press "Enter" to skip to content

“Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq

Bir nəfəs qədər

BAYRAQDAR MEDİA – Noyabrın 3-ü saat 15:00 və noyabrın 8-i 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bir nəfəs qədər” tamaşası oynanılacaq.

Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “44 günlük Vətən müharibəsində canından keçən şəhidlərə, qazilərə, əsgər övladlarına və Zəfərin əsas simasına çevrilən analara həsr olunan tamaşa Samir Qulamovun eyniadlı pyesi əsasında səhnəyə qoyulub. İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşada SSRİ Xalq artisti Fikrət Əmirovun musiqilərindən, həmçinin Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə edilib”.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru S.Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Mission News Theme by Compete Themes.