Press "Enter" to skip to content

10-cu Sammit – yeni dövrün başlanğıcı

Türk dövlətlərinin bayraqları

Türk dövlətlərinin liderləri Astanada bir araya gəlir

BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi üzv dövlətlərin liderləri bu dəfə Qazaxıstanın paytaxtı Astanada bir araya gəlir.

Kirim Haber Ajansının məlumatına görə, noyabrın 3-də Astanada TDT Dövlət Başçılarının 10-cu Sammiti keçiriləcək və burada üzv ölkələr geosiyasi və inteqrasiya məsələlərini müzakirə edəcəklər: “Yaradılmasının 14-cü ildönümünü qeyd edən qurum bu dəfə “Türk Dövrü” mövzusu ətrafında toplanacaq. “Türk Dövrü!” şüarı ilə keçiriləcək Zirvə toplantısı TDT-nin yoğun gündəliyinin müzakirə ediləcəyi, liderlərin bir sıra mühüm məsələlər üzrə qərarların qəbul ediləcəyi, iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük sahələrində TDT layihələri ilə bağlı müxtəlif razılaşmaların və rəsmi sənədlərin yekunlaşdırılacağı yüksək səviyyəli platforma olacaq”. Təşkilatın müddətli sədrliyinin Özbəkistandan Qazaxıstana keçəcəyi Sammit proqramının sonunda dövlət başçıları bir sıra qərarlarla birlikdə Astana Aktını və Astana Sammiti Bəyannaməsini imzalayacaqlar.

2009-cu il oktyabrın 3-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin imzaladığı Naxçıvan Sazişi ilə yaradılan birlik 14 yaşını başa vurur.

TDT, 14 ildə təxminən 5 milyon kvadrat kilometr ərazisi və 300 milyon türk əhalisi ilə üzv ölkələri ilə türk dünyasının geosiyasi mövqeyini gücləndirən beynəlxalq təşkilata çevrilmişdir. 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən 8-ci Liderlər Zirvə toplantısında adı dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” adlandırılan Türk Şurası türk dünyasında birliyin yenidən qurulmasında mühüm rol oynayır.

Mission News Theme by Compete Themes.