Press "Enter" to skip to content

Yol verin, Turan gəlir

Türk dövlətləri arasında komissiyasız pul köçürmə texnologiyası

Son yeniləmə: 2 Noyabr 2023 10:12

BAYRAQDAR MEDİA – Türk dövlətləri arasında komissiyasız pul köçürmə təşəbbüsü Turan bəhrəsini verir.

Bu barədə Kirim Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, türk dövlətləri arasında pul köçürmə prosesini rəqəmsal sahəyə daşıyan maliyyə texnologiyası olan Turan 2023-cü ilin fevralında ilk ölkə genişlənməsini Azərbaycana edib. İndi bu sistem vasitəsi ilə Qazaxıstan, Qırğızıstan, Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) və Özbəkistana heç bir komissiya haqqı olmadan pul köçürməsinə icazə verildiyi açıqlanıb.

Fevral ayında Azərbaycan təşəbbüsündən sonra qısa müddət ərzində beynəlxalq pul köçürmələrinin həcmini milyonlarla lirəyə yüksəldən şirkət rəqəmsal pul köçürmələri şəbəkəsinə 4 türk dövlətini də əlavə edib.
Beləliklə, Turan layihəsi türk dövlətləri arasında pul köçürmə dəhlizi yaratmaq missiyasına doğru mühüm addım atıb.

Fintech təşəbbüsünün qurucusu Özgür Bayraktar açıqlamasında deyib:“Turanla getdiyimiz yolda Qaspıralı İsmayıl bəyin “dildə, fikirdə, işdə birlik” missiyasına uyğun tək motivasiyamız vardı. Ölkəmizdə yaşayan soydaşlarımızın Türkiyə daxilində maddi imkanlarını artırmaq və öz ölkələrinə pul köçürmə prosesini Avropaya pul köçürməsindən fərqləndirmək. İndi biz bu arzumuzu reallaşdırmaqdan xoşbəxtik”.

Ö.Bayraktar Türkiyədə yaşayan Azərbaycan, KKTC, Qırğızıstan, Özbəkistan və Qazaxıstan vətəndaşlarının bütün ehtiyaclarına öz dillərində həll təklif edə biləcək yeganə maliyyə tətbiqi olduqlarını qeyd edib. Bundan əlavə, 2024-cü ildə Azərbaycanda yaşayan bütün istifadəçilərə Azərbaycana xas pul kisəsi təqdim etməyi planlaşdıran şirkət Türkiyə ilə Azərbaycan arasında sıfır xərcli pul kisəsindən pul köçürməsini təmin etmək üçün işə başladığını açıqlayıb.

Mission News Theme by Compete Themes.