Son yeniləmə: 2 Noyabr 2023 13:50
BAYRAQDAR MEDİA – 2023-cü ilin oktyabr ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 26,3 faiz artıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 2-də Dövlət Sosial Müdafiə Fondundan məlumat veriib.
Bildirilib ki, “beləliklə, ötən ilin oktyabr ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 383,2 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 484,0 manat təşkil edib”.