Press "Enter" to skip to content

Özünə yazdığı məktub 21 il sonra yetişdi

Salih Altuna mktub təqdim edilərkən

Son yeniləmə: 2 Noyabr 2023 14:05

Salih Altun üçün duyğulu anlar

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Eskişehir şəhərinin vali yardımçısı, BAYRAQDAR MEDİA-nın dostu Salih Altun bu günlərdə duyğulu anlar yaşayıb. Belə ki, Türkiyənin PTT (Posta ve Telgraf Teşkilatı) qurmunun təşkil etdiyi “Cümhuriyyətimizin 100-cü ildönümü üçün 2023-cü ilə məktub” kampaniyasında onun 21 il əvvəl özünə yazdığı məktub “ünvanına çatıb”.

Məlumata əsasən, S.Altun bu məktubu Eskişehirdə Türkiyənin keçmiş və indiki avtomobil markaları olan Devrim və TOGG-un qarşısında alıb.

Bununla bağlı BAYRAQDAR MEDİA-ya qısa açıqlama verən S.Altun Türkiyə Cümhuryyətinin 100-cü ildönümündə bu məktub hadisəsindən çox duyğulandığını deyib: “2002-ci ildə başlanan və 2023-cü ilə, yəni Cümhuriyyətimizin 100 illiyinə göndəriləcək məktub kampaniyasında mən də iştirak etmişəm. Əməyi keçənlərə, xüsusən PTT-mizə etimadın poçtla göndərildiyi gündən mənə çatdırılana qədər qoruduğu üçün təşəkkür edirəm. Bu məktubu alanda xeyli duyğulandım”.

S.Altun deyib ki, o vaxt məktubu məmləkəti Ardahanda yazanda 22 yaşı varmış və universiteti yeni bitiribmiş: “Kampaniyanı görəndə diqqətimi çəkdi və iştirak etmək istədim. Həmin günün pul vahidi ilə 2 milyon lirə dəyərində poçt markası aldım və məktubumu poçtla göndərdim. Bir də həmin vaxt mıktubu kimə ünvanlamaq barədə düşünərkən elə alacaq şəxs qismində özümü yazdım. Düşündüm ki, 21 ildən sonra nə mən, nə də göndərdiyim şəxs sağ ola bilməz, ona görə də dramatik bir vəziyyət yaranarsa, özümü alıcı kimi yazmağı seçdim”.

S. Altun, sonda “İndiki Türkiyə 21 il əvvəlki ilə müqayisədə çox inkişaf etmiş bir nöqtədədir və gələcəyin Türkiyəsi daha da irəlidə olacaq, buna ürəkdən inanıram” deyə qeyd edib.

Mission News Theme by Compete Themes.