Press "Enter" to skip to content

Özbəkistanda qadın zabitlər yetişdiriləcək

Daşkənddəki Timurbek adına hərbi liseyə özbək qadınları da qəbul ediləcək

Son yeniləmə: 2 Noyabr 2023 11:14

BAYRAQDAR MEDİA – Özbəkistanda qızların hərbi məktəblərə daxil olmasını qadağan edən qanun ləğv edilib.

Kirim Haber Ajansının məlumatına görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 30 oktyabrda imzaladığı qərarla özbək qızlarının hərbi məktəblərdə təhsil alması ilə bağlı qanuna dəyişiklik və əlavələr edilib.

Qərara əsasən, 2024 və 2025-ci tədris ilindən etibarən Daşkənddəki Timurbek adına hərbi liseyə özbək qadınları da qəbul ediləcək.

Hərbi məktəblərdə qadın zabit kimi təhsil almaq istəyən özbək qadınlar Özbəkistan Təhsil Nazirliyinin müəyyən etdiyi kimi 189 bal toplamalı olacaqlar.

Mission News Theme by Compete Themes.