Press "Enter" to skip to content

Sədr müavini beynəlxalq konfransda çıxış edib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev Qazaxıstan Respublikasının Astana şəhərində rəsmi səfərdə olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, “C.Quliyev səfər çərçivəsində “Dəyişikliklər dövründə əmək bazarı: çağırışlar, innovasiyalar, perspektivlər” adlı beynəlxalq konfransda iştirak edib. Qazaxıstanın hökumət üzvləri, parlamentin deputatları, BMT, Dünya Bankı və bir sıra digər beynəlxalq təşkilatların nümayəndələrinin də qatıldığı tədbirdə rəqəmsal texnologiyaların inkişafı, aktual problemlər və onların gələcək peşələrə təsiri barədə müzakirələr aparılıb. Sədr müavini tədbirdə “Azərbaycan iqtisadiyyatının tələbatına dair əmək ehtiyatları və kadr hazırlığı” adlı təqdimatla çıxış edib”.

Bundan başqa səfər çərçivəsində C.Quliyev Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İcraçı Katibi Eva-Marie Mosseret, İnsan Resurslarının İnkişafı Mərkəzinin prezidenti Daulet Arqandıkov və Qazaxıstan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Oljas Ordabayev ilə görüşüb. Görüşlərdə iki ölkənin məşğulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Mission News Theme by Compete Themes.