BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü ilin qrant müsabiqələrində iştirakla bağlı yeniliyin tətbiqnə başlayıb.
Bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, 1 noyabrdan 2024-cü ilin qrant müsabiqələrində iştirakla bağlı elektron qeydiyyat mərhələsinə başlanılıb.
Məlumata əsasən, Agentliyin qrant müsabiqələrinə müraciət edən QHT-lər öncə elektron sistemdə şəxsi kabinet yaratmalıdır: “Cəmi 1 dəfə qeydiyyatdan keçmək Agentliyin elan etdiyi bütün qrant müsabiqələrində iştirak imkanı deməkdir. Elektron qeydiyyatdan keçmək üçün son tarix 1 dekabr 2023-cü ildir. QHT-lər sistemdə şəxsi kabinet yaratdıqdan sonra 10 noyabr – 10 dekabr 2023-cü il tarixləri aralığında 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üzrə layihə təqdim edə bilər”.