Son yeniləmə: 1 Noyabr 2023 15:26
BAYRAQDAR MEDİA – Oktyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 18 963 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.
Bildirilib ki, “statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 11 min 724 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 3 min 543 müraciət daxil olub. BŞTİ-yə 2 min 895 sənəd (vətəndaşlar tərəfindən 1 min 31 ərizə, Elm və Təhsil Nazirliyindən 466, digər qurumlardan 250, tabelikdə olan təhsil müəssisələrindən 872 məktub və 276 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 801 elektron müraciətə baxılıb”.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.