Press "Enter" to skip to content

MŞ ilə Kərkük Kültür Dərnəyi arasında Memorandum

Sözügedən görüş

BAYRAQDAR MEDİA – Oktyabrın 31-də Mətbuat Şurası ilə Kərkük Kültur Dərnəyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Şuradan daxil olub.

Xəbərdə deyilir ki, “Memorandumun imzalanması İraqın Kərkük elindən Azərbaycana təşrif buyurmuş nümayəndə heyətinin də iştirakı ilə Şurada keçirilmiş toplantıda olub. MŞ sədri Rəşad Məcid qonaqları salamlayaq Azərbaycanın türk dünyası ilə mədəni əlaqələrindən söz açıb. O, türk coğrafiyasındakı jurnalistlərin biri-biriləri ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. İraqın Kərkük bölgəsindəki media qurumları ilə yaxınlığın da bu mənada mühüm əhəmiyyət daşıyacağına ümidvar olduğunu bildirən R.Məcid ümumən Azərbaycanla Kərkük arasında bağların yaranmasında və güclənməsində, habelə ortaq türk dəyərlərinin təbliğində Kərkük Kültür Dərnəyinin, onun rəhbəri Şəmsəddin Kuzəçinin böyük və fədakar əməyinin olduğunu vurğulayıb. MŞ sədri Ş.Kuzəçinin rəhbərlik etdiyi qurum tərəfindən təltif olunduğunu diqqətə çatdırıb və Şuranın diplomunu ona təqdim edib”.

Sonra xəbərdə, “Ş.Kuzəçi etimada və əməyinə verilən qiymətə görə MŞ-na təşəkkürünü bildirib. O, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyindən söz açaraq MŞ ilə Kərkük Kültür Dərnəyinin imzaladığı Əməkdaşlıq Memorandumunun başlanılmış işin daha da sistemləşdirilməsinə dəstək baxımından əhəmiyyətini əsaslandıran məqamları sadalayıb. MŞ sədrinin müavini Vüqar Zifəroğlunun, Şuranın İdarə Heyətinin üzvləri Azər Həsrətin və Yadigar Məmmədlinin də qatıldıqları toplantının iştirakçıları, həmçinin İraqdan gəlmiş qonaqlar Kərkük türklərinin türk dünyasına inteqrasiyasındakı xüsusiyyətlərdən söz açaraq, ortaq tarixin və mədəniyyətin və ənənələrin daha geniş platformalarda təbliğinə ehtiyacın duyulduğunu bildiriblər. Toplantıda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb” deyə bildirilir.

Qeyd edək ki, MŞ ilə Kərkük Kültür Dərnəyi arasında imzalanmış Əməkdaşlıq Memorandumunda ortaq dəyərlərin və prinsiplərin təbliği istiqamətində media subyektləri tərəfindən keyfiyyətli xəbər istehsalının təmin edilməsinə əməli dəstək məqsədi ilə layihələr hazırlamaq və onları icra etmək, birgə beynəlxalq əməkdaşlıq perspektivlərinin artırılması, xarici təcrübənin tətbiqi imkanlarının araşdırılmasına yönələn tədbirlər görmək və s. məsələlər əksini tapıb.

Mission News Theme by Compete Themes.