Press "Enter" to skip to content

Əməkdaşlığa dair memorandum

Anlaşma Memorandumu imzalanıb

Son yeniləmə: 1 Noyabr 2023 17:28

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası(DİA) arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov imzalayıblar.

Bu barədə BAYRAQAR MEDİA-ya noyabrın 1-də Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, “sənədə əsasən, tərəflər tələbələrin təcrübə proqramlarına cəlb edilməsi, istehsalat və elmi-tədqiqat təcrübələrində, o cümlədən seminar və təlimlərdə iştirakının təmin edilməsi istiqamətində əməkdaşlıq edəcək. Sənəddəhəmçininbirgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi,biznes mühitinin yaxşılaşdırılması üçün qarşılıqlı maraq doğuran sahələr üzrə araşdırma və təhlillərin Akademiyanın nəzdindəkielmi-tədqiqat institutları ilə əməkdaşlıq əsasında həyata keçirilməsi və digər məsələlər yer alıb”.

Məlumatda deyilir ki, Anlaşma Memorandumu çərçivəsində təhsilalanları Dövlət Xidmətinin fəaliyyəti barədə məlumatlandırmaq məqsədilə Akademiyada “Karyera günləri”nin keçirilməsi nəzərdə tutulur: “Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, ölkədə gənclər siyasəti istiqamətində bir sıra proqramlar və layihələr həyata keçirilir.Dövlət Xidmətində aparılan gəncləşdirmə siyasətinə toxunan Xidmət rəisi savadlı və potensiallı gənc kadrların işlə təmin olunması və rəhbər vəzifələrdə çalışmaları üçün şəraitin yaradıldığını qeyd edib. Vurğulanıb ki, gənclərin dövlət qurumlarında fəaliyyəti dövlət idarəetməsində innovativ düşüncələrin, müasir yanaşmaların tətbiqinə şərait yaradıb. DİA-nın rektoru Urxan Ələkbərov iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirib, ali məktəb tələbələrinin Dövlət Xidmətində təcrübə keçməsi və birgə layihələrə cəlb olunmasının onların müvafiq sahələrdə bilik və bacarıqlarının inkişafına töhfə verəcəyini qeyd edib”.

Mission News Theme by Compete Themes.