Press "Enter" to skip to content

Bu şəhərlərin bələdiyyə başqanı ikinci turda seçiləcək

PP-DB-nin namizədi Vasil Terziev 31,8 faiz, "BSP Bolqarıstan üçün"ün namizədi Vanya Qriqorova isə 21,59 faiz səs toplayıb

BAYRAQDAR MEDİA – Bolqarıstanda paytaxt bələdiyyəsinin sədrinin kimliyi ikinci turda bəlli olacaq.

Radio Bolqarıstan xəbər verir ki, Sofiya bələdiyyəsinin sədrliyi uğrunda mübarizədə birinci turda PP-DB-nin namizədi Vasil Terziev 31,8 faiz, “BSP Bolqarıstan üçün”ün namizədi Vanya Qriqorova isə 21,59 faiz səs toplayıb. Onlar noyabrın 5-də ikinci turda mübarizə aparacaqlar.

GERB-nin namizədi Anton Hekimyan seçkilərdə 17,8 faiz səs toplayıb.

Plovdivdə də ikinci turda mübarizə davam edəcək. Belə ki, GERB-nin namizədi Kostadin Dimitrov və İvaylo Staribratov ikinci turda seçicilərdən səs gözləyəcək.

Varnanın hazırkı meri İvan Portnih ilk turda 26,57 faiz səs alıb. Bu post uğrunda mübarizə aparan PP-DB-nin namizədi Blaqomir Kotsev isə 21,56 faiz səs toplayıb. Varnanın bələdiyyə başqanı da ikinci turda seçicilər tərəfindən müəyyən ediləcək.

Mission News Theme by Compete Themes.