BAYRAQDAR MEDİA – Oktyabrın 30-da “Gülüstan” Sarayında Musiqi Forumu işin davam etdirib. Günün ikinci yarısında “Milli mədəni ənənələrin qlobal miqyasda təbliği” mövzusunda IV panel gerçəkləşib.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “Əməkdar incəsənət xadimi, musiqişünas Cahangir Səlimxanovun moderatorluğu ilə keçən iclasda Türkiyədən olan spiker Efruz Çakırkaya (İstanbul musiqi festivalının direktoru), Rusiyanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri Ruslan Pronin, “K2ID Productions” (Yunanıstan) şirkətinin rəhbəri İlias Kokotos və Danimarkadan Karolina Vallejo (“Real World Music Label”in təsisçi və bədii rəhbəri) məruzələrlə çıxış ediblər. Akademik musiqinin təqdimatında yeni çağırışlar, müasir multikultural cəmiyyətlərdə etnik ənənələrin qorunması, bu günün musiqi ənənələri: hamar ötürülmə, yaxud kəskin dəyişiklik, musiqi sənayesinin dövriyyədə olan rəqəmsal vasitələrinin tətbiqində yaranan təmayüllər, qlobal mədəniyyət mübadiləsində Azərbaycan musiqisi və musiqiçilərinin iştirak perspektivləri: kənardan baxış mövzuları diqqət mərkəzinə gətirilib”.
Çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Forum oktyabrın 31-də iki panel iclasından sonra başa çatacaq.