Press "Enter" to skip to content

Kitab tanıtma: “Təsəvvüfə dair 100 sual”

Təsəvvüfə dair 100 sual

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər sırasında XX əsr Türkiyə tarixçisi, tərcüməçi, alim Əbdülbaqi Gölpınarlının “Təsəvvüfə dair 100 sual” kitabı da var.

Kitab AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun 23 yanvar 2022-ci il tarixli, 1 saylı protokolunun qərarı ilə çapa məsləhət görülüb.

Alimin müxtəsər tərcümə edilərək qeyd və şərhlər verilmiş bu əsəri təkcə sorğu kitabı kimi dəyərləndirilməyib, eləcə də artıq həyata keçirilmiş araşdırmaların elmi-fəlsəfi tənqidi şəkildə gələcək tədqiqatlar üçün istiqamətverici rol oynaya bilər.

Kitab “İlk sufilər – təsəvvüf haqqında fikirlər – qaba zahidlik”, “Təsəvvüfün qurucuları – İslama yad təsirlər – tac, xirqə və zikr”, “Ədəbiyyatda təsəvvüf – təsəvvüf terminləri – terminlərə dair yazılmış əsərlər – divan və xalq ədəbiyyatında təsəvvüf” və s. bölmələrdən ibarətdir.

Nəşrin rəyçiləri Prof. Nərgiz Axundova və Prof. İmamverdi Həmidov, elmi redaktoru ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov, redaktoru isə Qabil Camalovdur.

Qeyd edək ki, kitabda müxtəsər tərcümə, qeyd və şərhlər fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayevindir.

Mission News Theme by Compete Themes.