Press "Enter" to skip to content

İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi

Müsahibə mərhələsi

Son yeniləmə: 31 Oktyabr 2023 15:45

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb.

İdarədən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə 31 oktyabr-2 noyabr və 6-7 noyabr tarixlərində keçiriləcək müsahibələrdə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 96 namizəd iştirak etmək hüququ qazanıb: “Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib”.

Qeyd edilib ki, müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilir. Namizədlər müsahibə müsahibə mərhələsində uğur qazanmaq üçün 3 meyar üzrə maksimum 5, minimum 3,5 bal toplamalıdırlar.

Mission News Theme by Compete Themes.