Press "Enter" to skip to content

9 ayda KOB subyektlərindən 168 müraciət daxil olub

Son yeniləmə: 31 Oktyabr 2023 16:28

BAYRAQDAR MEDİA – 2023-cü ilin yanvar-sentyabr aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB-ların satış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi mexanizmlərindən 70-ə yaxın mikro, kiçik və orta sahibkarlıq subyekti yararlanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, sərgilərdə iştiraka dəstək mexanizmindən istifadə etmək üçün bu dövrdə Agentliyə KOB subyektlərindən 168 müraciət daxil olub: “Onlardan müvafiq tələblərə cavab verən 60 KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 6 sərgidə (5-i ölkədə, 1-i xaricdə olmaqla) ödənişsiz iştirakı təmin edilib. Ölkəmizdə və xaricdə KOBİA-nın dəstəyi və təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış sərgi və yarmarkalarda iştirak edərək məhsul və xidmətlərini tanıtmaq və satış imkanlarını genişləndirmək istəyən KOB subyektləri müvafiq müraciət formasını doldurmaqla elektron qaydada KOBİA-ya müraciət edə bilərlər”.

Məlumata əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında ticarət şəbəkələrinə çıxışa dövlət dəstəyi mexanizmindən faydalanmaq üçün Agentliyə daxil olan müraciətlər əsasında müvafiq qaydalara uyğun olan 8 KOB subyektinə dəstək göstərilib: “Bu dövrdə ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi üzrə satış yerlərinin sayı 5-ə çatdırılıb. Mikro və kiçik sahibkarlıq subyektləri güzəştli şərtlərlə məhsullarının iri ticarət şəbəkələrində satışının təşkil olunması üçün KOBİA-ya müraciət edə bilərlər”.

Mission News Theme by Compete Themes.