BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni region üzrə vətəndaşların sorğularını cavablandıracaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə qeyd edilir ki, “vətəndaşlar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair sorğu və şikayətlərinə 146-0-7 nömrəsi ilə əlaqə yaratmaqla cavab əldə edə bilərlər”.