BAYRAQDAR MEDİA – Qarabağ bölgəsində əraziyə baxış zamanı qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus üç ədəd özüyeriyən artilleriya qurğusu aşkar edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 30-da Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “bu zirehli texnika T-72 tankının mühərriki ilə təchiz edilmiş dartıcının üzərinə artilleriya topunun kustar üsulla quraşdırılması ilə hazılanmışdır. Qeyd edək ki, bu qurğu 1951-ci ildə istehsal edilmiş mərmilərlə 17.5 km məsəfəyə atəş açmaq imkanına malikdir”.
Məlumatda deyilir ki, “Xankəndi-Şuşa istiqamətində yerləşən atəş mövqelərində aşkar edilmiş bu qurğuların lokal xarakterli antiterror tədbirləri zamanı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərini atəşə tutmaq məqsədilə istifadə edilməsi istisna deyil”.