Press "Enter" to skip to content

Peşələr Fetivalının növbəti dayanacağı

Festival zamanı

Son yeniləmə: 30 Oktyabr 2023 18:10

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalının növbəti dayanacağı İsmayıllı şəhəri olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, “festivalda Agentliyin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib. Tədbirdə yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib. Bildirilib ki, bu dəfə ölkənin 10 rayon və şəhərində “Peşəni peşəkardan soruş!” devizi ilə keçiriləcək festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcək, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edəcək və peşələrlə əyani şəkildə tanış ola biləcəklər”.
Növbəti festival1 noyabr 2023-cü il tarixində Zaqatalada keçiriləcək.

Mission News Theme by Compete Themes.