Son yeniləmə: 30 Oktyabr 2023 10:50
BAYRAQDAR MEDİA – Qazaxıstanın Energetika Nazirliyi Astanada İES-də baş vermiş partlayışla bağlı yayılmış bəzi xəbərləri təkzib edib.
Kazinform xəbər verir ki, Energetika Nazirliyi messencerlərdə yayılan fotonun Astanada elektrik enerjisinin kütləvi kəsilməsi ilə heç bir əlaqəsi olmadığını bildirib.
Nazirliyin təkzibində “Messencerlərdə yarımstansiyada ehtimal olunan partlayışla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”, deyə qeyd edilib.
Xəbərdər vurğulanır ki, Qazaxıstan vətəndaşları guya partlayışın şəkilləri kimi təqdim edilən fotoları messencer vasitəsilə bir-birinə göndərir və sosial şəbəkələrdə paylaşırlar: “ Bunun Astanada baş verən qəza ilə heç bir əlaqəsi yoxdur. Xatırladaq ki, oktyabrın 29-da Astanada “Astana Energy” SC-nin ATPP-2-də 110 kV-luq avadanlığın qəzalı dayanması baş verib. Qəza nəticəsində Astananın üç rayonu işıqsız qalıb”.