Son yeniləmə: 30 Oktyabr 2023 23:49
Xalq Anton Hekimyana “yox” dedi
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, oktyabrın 29-da Bolqarıstanda yerli seçkilərin birinci turu keçirilib.
Bu nəticələr isə GERB üçün uğurlu olmayıb. Ən azından paytaxt Sofiya baxımından.
Radio Bolqarıstan xəbər verir ki, GERB-SDS-dən Sofiya merliyinə namizəd Anton Hekimyan üçüncü yeri tutaraq məğlub olub.
Məğlubiyyətdən sonra açıqlama verən A.Hekimyan, “Məni dəstəkləyən və səs verən hər kəsə təşəkkür edirəm. Məni dəstəkləməyənlərin seçiminə hörmətlə yanaşıram və ikinci tura yüksələcək namizədləri təbrik edirəm” deyib.