Press "Enter" to skip to content

Erol Mümün Kırcali Bələdiyyəsinin başçısı seçilib

Erol Mümun (öndə)

Son yeniləmə: 30 Oktyabr 2023 14:24

BAYRAQDAR MEDİA – Oktyabırn 29-da Bolqarıstanda keçiirlən yerli seçkilərin birinci turu başa çatıb. İlkin hesablamalara əsaən, HÖH (Halk və Özgülükler Hareketi) partiyasının Kırcali bələdiyyə başqanlığına namizədi Erol Mümün 55,8 faizlə birinci turda qalib gəlib. “Dəyişikliyi davam-Demokratik Bolqarıstan (PP-DB) namizədi Nikola Çanev 17,7 faiz səs toplayıb.

Radio Bolqarıstan xəbər verir ki, BSP-nin namizədi Kostantina Karaboyukova 8,7 faiz dəstək alıb.

Eyni zamanda, HÖH 62,9 faiz səslə Bələdiyyə Şurasında birinci partiya olacaq: “Məlumat üçün bildirək ki, Kırcali vilayətində 7 bələdiyyə mərkəzində və 373 muhtarlıqda yerli idarəetmə orqanları seçilir. Bu yaşayış məntəqələrinin təxminən üçdə birində yerli idarəçilər Seçki Qanununa edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra ilk dəfə seçilir”.

BNR Kırcali Radiosunun xəbərinə görə, Kırcali vilayətində səsvermə üçün kifayət qədər sayda kağız bülleten ayrılıb: “”Balgöç” Mühacir Dərnəyinin sədri Emin Balkan, iqamətgah prinsipinə görə immiqrantların yalnız 5 faizinin səsvermə hüququna malik olduğunu bildirib”.

Kırcalidə seçki məntəqələrinin sayı 182-dir, onlardan 10-u səyyardır.

Mission News Theme by Compete Themes.