BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi “Məktəbdə” adlı yeni sosial layihəyə başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə deyilir ki, “bölgələri əhatə edən layihənin məqsədi kənd məktəblilərinin potensialını üzə çıxarmaq, onların təhsilə və öyrənməyə motivasiyasını yüksəltmək, peşə seçimlərinə istiqamət verməkdir. Layihə çərçivəsində ölkənin gənc və perspektivli iş adamları, tanınmış ictimaiyyət nümayəndələri kənd məktəbliləri ilə birgə əylənir, öyrənir və öyrədirlər”.
Qeyd edək ki, layihə ilk olaraq Qusar rayonunun Balaqusar kəndində keçirilib.