Press "Enter" to skip to content

DİM-də rəqəmsal SAT imtahanı

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 30 Oktyabr 2023 14:58

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzində rəqəmsal SAT imtahanı keçiriləcək.

DİM-dən verilən məluamat görə, imtahan noyabrın 4-də qurumun Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında olacaq: “İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb olunan aşağıdakı sənəd və vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar: 1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu; 2. Buraxılış vərəqəsi – “Admission Ticket”; 3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə). Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır”.

Məlumatda deyilir ki, iştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər: “Qaralama üçün vərəq imtahan mərkəzində verilir. İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq. Qeyd edək ki, 4 noyabr SAT imtahanının iştirakçıları imtahan tarixindən beş gün əvvəl Bluebook-da yaradılmış şəxsi hesablarına daxil olmalı və imtahanın qurulmasını (test set up) başa çatdırmalıdırlar. Bu prosesin sonunda imtahan iştirakçılarına “Buraxılış vərəqəsi” onlayn qaydada təqdim ediləcəkdir. 2023-cü ilin sonuncu SAT imtahanının DİM test mərkəzində 2 dekabr tarixində keçirilməsi nəzərdə tutulur”.

Mission News Theme by Compete Themes.