Press "Enter" to skip to content

Dağıstan “müsəlmanlar”ından hədsiz HƏMAS təəssübkeşliyi – VİDEO

"Müsəlmanlar"ın təyyarəyə hücumu

BAYRAQDAR MEDİA – Oktyabrın 29-u axşam saatlarında qonşu Dağıstanın paytaxtı Mahaçqalada bir qrup “islam təəssübkeşi” şəhərin beynəlxalq hava limanına kütləvi hücum təşkil edib.

Rusiya mediasının yaydığı xəbərlərdən bəlli olur ki, buna səbəb İsraildən gələn bir təyyarədəki yəhudilərin hədəfə alınması olub.

https://www.youtube.com/watch?v=qEer6CfvzWw

Hava limanına hücum edənlər Fələstinlə (əslində terrorçu HƏMAS-LA) həmrəylik əlaməti olaraq Mahaçqalaya gələn dinc insanlara hücum üçün hava limanını hədəf seçiblər.

Kadrlardan da görünür ki, hücum edən kütlə hava limanında dağıntılar törədir, hətta polis əməkdaşları, mühafizəçiləri belə əzib keçir.

Belə anlamaq olar ki, “Allahu əkbər!” və “Təkbir!” sədaları altında hərəkət edən bu kütlə, əslində müsəlmanlara fayda deyil, zərər vurur.

Yeri gəlmişkən, Mahaçqala hava limanı oktyabrın 31-dək bağlı elan edilib.

Bu işin arxasında kim var? Bunu yəqin ki, zamanla öyrənəcəyik. Hələliksə BAYRAQDAR MEDİA-nın dəyərli oxucularına bu yazıdakı videoları təqdim edirik.

https://www.youtube.com/watch?v=qEer6CfvzWw

Mission News Theme by Compete Themes.