Son yeniləmə: 30 Oktyabr 2023 14:21
BAYRAQDAR MEDİA – Qırğızıstanın “Əmək Qəhrəmanı”, görkəmli mədəniyyət xadimi, şair və tərcüməçi Tumonbay Bayzakovun 100 illik yubileyi ilə bağlı Bişkekdə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadən Veçernıy Bişkek məlumat verib.
Bildirilir ki, “bayram tədbiri oktyabrın 30-da Alıkul Osmonov adına Qırğızıstan Milli Kitabxanasında şairin kitablarından ibarət sərginin və elmi-praktik konfransın açılışı ilə başlayacaq. Daha sonra oktyabrın 31-də Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında şairin 100 illik yubileyi münasibətilə qala tədbiri keçiriləcək”.