Son yeniləmə: 30 Oktyabr 2023 09:19
Bolqarıstanda əksər şəhərlərdə bələdiyyə başçısı ikinci turda seçiləcək
BAYRAQDAR MEDİA – Oktyabrın 29-da Bolqarıstanda yerli seçkilərin birinci turu keçirilib.
Radio Bolqarıstan xəbər verir ki, seçkilər dövlət idarəçiliyi üçün bir növ sınaqdır: “Seçkilərdə iştirak etmək üçün 58 partiya və 9 koalisiya Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Seçicilərin səsini almaq üçün 8 mindən çox bələdiyyə başçısı, mahal bələdiyyə başçısı və muhtar namizədi ilə 30 mindən çox bələdiyyə məclis üzvü namizədi yarışıb”.
İlkin hesablamalara görə, paytaxtda iştirak nisbəti 36, Plovdivdə 33,7, Varnada 39,9, Blaqoevqradda 55, Kırcalidə 39,2 faizdir:“İlkin nəticələrə əsasən, həmçinin bəlli olub ki, paytaxt Sofiyada Vasil Terziev (PP-DB, Spasi Sofia) və Vanya Qriqorova (BSP Bolqarıstan, Levitsata və s.) ikinci turda üz-üzə gələcəklər. Plovdivdə Kostadin Dimitrov və İvaylo Staribratov (PP-DB), Varnada hər biri 26,9 faiz toplamış İvan Portnih (GERB) və Blaqomir Kotsev (PP-DB), Blaqoyevqradda Ilko Stoyanov (müstəqil) və Methodi Baykuşev (PP) -DB) ikinci turda mübarizə aparacaq”.
Türklərin yaşadığı Kırcalidə isə məsələ birinci turda öz həllini tapıb. Məlumata əsasən, HÖH (Halk və Özgülükler Hareketi) partiyasının Kırcali bələdiyyə başqanlığına namizədi Erol Mümun səslərin 55,8 faizini toplayaraq seçkilərdə qalib gəlib.
Kırcalidə HÖH bələdiyyə üzvlərinə seçkilərdə da 62,9 faiz səs alaraq öndə gedir.