BAYRAQDAR MEDİA – HƏMAS terror təşkilatının oktyabrın 7-də heç bir səbəb olmadan İsrailə hücum başlatması dünyanın diqqətini yenidən Yaxın Şərqə yönəldib.
Bir tərəfdə İsrail, digər tərəfdə də Fələstin tərəfdarları qızğın müzakirə və mübahisələr edir.
Təəssüflə qeyd edək ki, bu qanlı savaşı başladan tərəf bir terror təşkilatı – HƏMAS olduğu halda ittiham hədəfi özünü müdafiəyə məcbur olan İsraildir.
Azərbaycan cəmiyyəti də məsələdən kənarda deyil və bəzən mahiyyət düzgün izah edilmədən islam həmrəyliyi adı altında gərəksiz radikallıq nümayiş etdirənlərə rast gəlinir.
Bu məsələlərlə bağlı “AzerNyuMedia”nın rəhbəri Kamran Qasımovun hadisə yerindən hazırladığı videonu təqdim edirik. Yetərincə balanslı, tərəflərdən heç birinə xüsusi münasibətin sərgilənmədiyi bu video, əminik ki, dəyərli oxucularımız üçün də maraqlı olacaq.