Press "Enter" to skip to content

Azərbaycan-Türkiyə Universiteti qurulur

Qonaqlar ziyarət zamanı

Son yeniləmə: 29 Oktyabr 2023 14:03

BAYRAQDAR MEDİA – Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “səfərin məqsədi Azərbaycan-Türkiyə Universitetinin yaradılması üzrə danışıqların davam etdirilməsidir. Səfər çərçivəsində qonaqlar elm və təhsil naziri Emin Əmrullayevlə birgə Quba rayonunun İqrıq kəndində yerləşən türk əsgərinin məzarını, Quba Soyqırımı Memorial Kompleksini və Azərbaycan – Türkiyə Dostluq Parkını ziyarət ediblər”.

Mission News Theme by Compete Themes.