BAYRAQDAR MEDİA Müdafiə Nazirliyinin xəbərini təqdim edir:
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə əvvəlcə Ulu öndərlər Heydər Əliyev və Mustafa Kemal Atatürkün, eləcə də şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Türkiyənin Dövlət himnləri ifa edilib.
Tədbirlər çərçivəsində ictimai-siyasi hazırlıq dərsləri təşkil olunub, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan video-çarxlar nümayiş etdirilib.
Çıxış edənlər Türkiyənin Cümhuriyyət bayramının Azərbaycanda təntənəli şəkildə qeyd edilməsindən, ölkələrimiz arasında münasibətlərin möhkəm qardaşlıq təməlləri üzərində qurulmasından danışıblar.