Press "Enter" to skip to content

Səfir və millət vəkilləri kəndilərlə görüşüb

Görüş zamanı

Son yeniləmə: 27 Oktyabr 2023 10:28

BAYARQDAR MEDİA – Qardaş Türkiyə Quzey Makedoniyadakı türkləri daim diqqətdə saxlayır. Bu kontekstdə növbəti addım atılıb.

Yeni Balkan xəbər verir ki, Türkiyənin Skopyedəki səfiri Hasan Mehmet Sekizkök AK Parti Sakarya millət vəkili Murat Kaya və Ankara millət vəkili Zeynep Yıldız ilə birlikdə ölkənin qərbində Mavrovo Rostuşe bələdiyyəsinin sərhədləri daxilində yerləşən Skudrinye və Mogorçe kəndlərində olub.

Bu səfərdə səfiri və millət vəkillərini Sakaryadan olan iş adamları müşayiət edib.

Səfər zamanı kənd sakinləri ilə görüş olub. Həmçinin, sakaryalı uşaqların məktubları və salamları sözügedən kəndlərin uşaqlarına çatdırılıb.

Mission News Theme by Compete Themes.