Press "Enter" to skip to content

Qazaxıstandan önəmli jest

Türkiyə və Qazaxıstan bayraqları

Son yeniləmə: 27 Oktyabr 2023 09:00

Çimkənddə bir küçə və parka Türkiyə Cümhuriyyətinin adı veriləcək

BAYRAQDAR MEDİA – Qazaxıstan hökuməti Çimkənd şəhərində küçə və parka ad verilməsi haqqında qərarı referenduma çıxarıb.

Kirim Haber Ajansının məlumatında belə deyilir.

Qeyd edilib ki, qərarın əsaslandırılmasında bu adların Türkiyə Cümhuriyyətinin yüz illiyi şərəfinə verildiyi bildirilib: “Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş ad təklifi Qazaxıstanın Halka Açık Hüquq Prosesi saytında ictimai rəyə təqdim edilib. 17 oktyabr 2023-cü il tarixli qərar layihəsində “Qazaxıstan Respublikasının inzibati-ərazi quruluşu haqqında Qazaxıstan Respublikası Qanununun 13-cü maddəsinin 4-cü bəndi əsasında Çimkənd əhalisinin fikirləri nəzərə alınıb. 2023-cü il iyunun 6-da Çimkənddəki Onomastika Komissiyasının təklif etdiyi adlar da 2023-cü il oktyabrın 13-də Respublika Onomastika Komissiyası tərəfindən təsdiqlənib. Buna uyğun olaraq Çimkənddə bəzi park və küçələrə Türkiyənin adının verilməsi təklif edilir”.

Qərar layihəsinə əsasən, Çimkənd rayonunda küçəyə “Türkiyə küçəsi”, Çimkəndin mərkəzindəki parka isə “Qazaxıstan Türkiyə Dostluq Sarayı Parkı” adının verilməsi nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.