BAYRAQDAR MEDİA – Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev qardaş Qazaxıstanın II-ci dərəcəli “Dostık” (Dostluq) Ordeni ilə təltif olunub.
Bu haqda xəbəri oktyabrın 27-də Qazaxıstanın Bakıdakı səfirliyi yayıb.
Xəbərdə qeyd edilir ki, Ordeni Hikmət Hacıyevə Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin adından bu ölkənin Azərbaycandakı səfiri Alim Bayel təqdim edib.
O da xatırladılır ki, 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın ali mükafatı – “Altın Kıran” (Qızıl Qartal) Ordeni ilə təltif olunub.