Press "Enter" to skip to content

Qazaxıstan Prezidenti Hikmət Hacıyevi təltif edib

Orden təqdim edildikdən sonra

BAYRAQDAR MEDİA – Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev qardaş Qazaxıstanın II-ci dərəcəli “Dostık” (Dostluq) Ordeni ilə təltif olunub.

Bu haqda xəbəri oktyabrın 27-də Qazaxıstanın Bakıdakı səfirliyi yayıb.

Xəbərdə qeyd edilir ki, Ordeni Hikmət Hacıyevə Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin adından bu ölkənin Azərbaycandakı səfiri Alim Bayel təqdim edib.

O da xatırladılır ki, 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın ali mükafatı – “Altın Kıran” (Qızıl Qartal) Ordeni ilə təltif olunub.

Mission News Theme by Compete Themes.