Son yeniləmə: 27 Oktyabr 2023 09:21
BAYRAQDAR MEDİA – Oktaybrın 29-da Bolqarıstanda yerli seçkilər keçiriləcək.
Bu arada isə bəlli olub ki, bTV-nin tələbi ilə 21-24 oktyabr tarixləri arasında “Alfa Research” şirkəti Sofiya merliyinə seçki ilə bağlı 800 vətəndaş arasında sorğu aparıb.
Radio Bolqarıstan xəbər verir ki, yerli seçkilərə üç gün qalmış paytaxt merliyinə “Prodaljavame Promyanata” – “Demokratik Bolqarıstan” /PP-DB/ və “Spasi Sofia” partiyasının namizədi Vasil Terziev 29,8 faiz səslə öndə gedir, GERB-nin namizədi Anton Hekimyan isə 21,1 faiz səslə ikinci yerdədir. Sonrakı yerlərdə 20,2 faiz səslə “BSP Bolqarıstan”ın namizədi Vanya Qriqorova, 10,2 faiz səslə “Vazrajdane” partiyasından Deyan Nikolov və 8,3 faiz səslə “Sinya Sofia” koalisiyasından Vili Lilkov gəlir.