Press "Enter" to skip to content

Güneyli fəal zaminə buraxıldı

Umud Məhəmmədzadə

BAYRAQDAR MEDİA – İrandakı fars-molla rejiminin həbsə atdığı Güney Azərbaycanlı milli fəal və “Traktor” futbol klubunun azarkeşi Umud Məhəmmədzadə zaminə buraxılıb.

Bu haqda xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, “o, məhkəmə prosesi başa çatana qədər 100 milyon tümən girov müqabilində sərbəst buraxılıb”.

O da qeyd edilir ki, azərbaycanlı fəalın barəsində irəli sürülən ittihamla bağlı hələlik ətraflı məlumat verilmir.

Kanal əlavə edir ki, “milli fəal 7 oktyabr tarixində Kərəc şəhərindəki şəxsi evində repressiv təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi”.

Mission News Theme by Compete Themes.