Press "Enter" to skip to content

Bütün bunlar güclü dövlət və güclü lider sayəsində mümkün oldu

Vüqar Bayramov

Vüqar Bayramov: Azərbaycanın əldə etdiyi tarixi uğurlar cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir

BAYRAQDAR MEDİA – “Azərbaycan tarixi günlərini yaşayır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Təbii ki, bütün bunlar Azərbaycan Prezdenti İlham Əliyevin 20 illik prezidentlik dövrünün uğurlu nəticəsi kimi də dəyərləndirilməlidir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 20 il öncə cənab İlham Əliyevin andiçmə zamanı qeyd etdiyi əsas məqamlar və müəyyənləşdirdiyi əsas hədəflər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi ilə bağlı idi: “Azərbaycan addım-addım bu zəfərə yaxınlaşdı. Həm iqtisadiyyatın inkişafı, həm ordu quruculuğu, silahlı qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, eləcə də hərbçilərimizin sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər son nəticədə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinə imkan yaratdı. Bu gün Azərbaycan işğaldan azad edilmiş əraziləri yenidən qurur və bərpa edir. Artıq Böyük Qayıdış proqramı çərçivəsində həmin ərazilərdə məskunlaşma həyata keçirilir”.

Bildirilib ki, 2023-cü il də daxil olmaqla son 3 ildə işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasına 12 milyard manata yaxın vəsait ayrılıb: “Təkcə bu il bu rəqəm 5 milyard manat olacaq. Növbəti il 3 milyar 825 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da ondan xəbər verir ki, həm 44 günlük Vətən müharibəsi nəticəsində torpaqların işğaldan azad edilməsi, həm də bu ilin sentyabrında bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi iqtisadiyyat üçün də yeni hədəflər müəyyən edib. Bu hədəflər imkan verir ki, Azərbaycan çox qısa zamanda Qarabağ və Şərqu Zəngəzuru yenidən qursun. İqtisadiyyatın formalaşması və reinteqrasiya prosesi baş versın”.

V.Bayramovun sözlərinə görə, bütün bunlar güclü dövlət və güclü lider sayəsində mümkün oldu: “Birmənalı şəkildə Azərbaycanın bu gün əldə etdyi uğurlar məhz Prezident İlham Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. Yəni Azərbaycanın əldə etdiyi tarixi uğurlar cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir”.

Mission News Theme by Compete Themes.