Press "Enter" to skip to content

Buna sadəcə yerli seçkilər kimi yanaşmaq lazım deyil

Mustafa Karadayı

Mustafa Karadayı: Oktyabrın 29-dakı seçkilərdən hədəflədiyimiz nəticə ilə çıxsaq hökumət koalisiyasında da təmsil oluna bilərik

BAYRAQDAR MEDİA – Bolqarıstanda növbəti dəfə seçki həyəcanı yaşanır. Oktyabrın 29-da, bazar günü bu ölkədə yerli seçkilər keçiriləcək. Artıq seçkilərə son hazırlıq işləri də tamamlanmaq üzrədir.

Bu arada isə əsas diqqət Bolqarıstandakı türklərin partiyası kimi tanınan HÖH (Halk və Özgülükler Hareketi) partiyasına yönəlib. Bu da səbəbsiz deyil. Əksər ekspertlər hesab edir ki, yerli seçkilərin əsas favoritlərindən biri məhz HÖH olacaq. Bəs, partiya rəhbərliyi bununla bağlı nə fikirdədir?

Bu sualla müraciət etdiyimiz HÖH-ün Genel başqanı Mustafa Karadayı ilk olaraq “sualınıza cavab verməzdən öncə fürsətdən istifadə edib BAYRAQDAR MEDİA vasitəsilə Bolqarıstandan, Kırcaliden, Bolqarıstan türklərindən doğma Azərbaycana qucaq dolusu salam göndəririk” dedi.

Bu seçkilərin əsas favoritlərindən biri məhz HÖH olacaq

Konkret olaraq sualımıza gəlincə, M.Karadayı bildirdi ki, rəhbərlik etdiyi partiya 29 oktyabr seçkilərindən böyük uğurla çıxacaq: “Birmənalı olaraq qeyd edə bilərəm ki, bu seçkilərin əsas favoritlərindən biri məhz HÖH olacaq. Biz bu seçkilərdə mühüm üstünlük əldə etmək niyyətindəyik. Bununla da təkcə Bolqarıstan türklərinin həyatında deyil, ümumilikdə Bolqarıstanın siyasi həyatında yeni dövrə qədən qoyulacaq. Məhz bu kontekstdə də seçkilərə “Yeni başlanğıc zamanıdır” şüarı ilə qatılırıq”.

Ümumilkdə 50-55 bələdiyyə başqanı HÖH-ün üzvü olacaq

BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında partiya sədri onu da qeyd etdi ki, Bolqarıstanda hazırda 265 bələdiyyə var və onların da 38-nin sədri HÖH-ün təmsilçisidir: “Lakin oktyabrın 29-dakı seçkilərdən sonra bu sayın artacağına kimsə şübhə etmir. Hesab edirik ki, bələdiyyə sədrlərimizin sayı 40-ı keçəcək. Bunu sadəcə söz xətrinə demirik. Həm apardığımız uğurlu seçki kampaniyası, həm də yerlərdə insanların bizə göstərdiyi dəstək bu qənaətə gəlməyə əsas verir. Bəzi bələdiyyələrdə məğlub ola bilərik. Amma dediyim kimi, təkbaşına qatıldığımız dairələr üzrə 40-dan çox bələdiyyə sədri məhz bizim partiyadan olacaq. Buna kimsə şübhə etməsin”.

HÖH hər bir seçicinin səsi uğrunda mübarəz aparır
HÖH hər bir seçicinin səsi uğrunda mübarəz aparır

Bildirildi ki, bundan əlavə HÖH bəzi dairələrdə də koalisiya şəklində seçkilərə qatılır: “Ötən seçkilərdə koalisiya tərkibində qatıldığımız 8 dairədə bizim namizəd bələdiyyə başqanı seçilmişdisə, bu dəfə bu sayın 12-yə çatacağını gözləyirik. Yəni ümumilkdə 50-55 bələdiyyə başqanı bizim partiyanın üzvüləri olacaq. Bu olduqca yüksək rəqəm və dəyikiliklər üçün önəmli amil olacaq. Çünki bu halda ümumilkdə Bolqarıstanın 265 bələdiyyəsindən 50-55-i məhz bizim partiyanın təmsilçiləri olacaq. Bu da təxminən ölkə üzrə bələdiyyələrin 5-də biri deməkdir. Bundan başqa bu seçkilərdə Bolqarıstanda yüz min beş kənddə muxtarlar seçiləcək ki, onlardan da ən azı min iki yüzü bizim partiyadan olacaq”.

Bu seçkilərin Bolqarıstan türkləri və HÖH üçün başqa bir önəmi də var

Müsahibimiz bu seçkilərin Bolqarıstan türkləri və HÖH üçün başqa bir önəminə da toxundu: “Bildiyiniz kimi bz Bolqarıstandakı hakim koalisiyanı da dəstəkləyirik. Hazırda koalisiyada olmasaq da, nazirlərimiz olmasa da, bizim hakim partiyaya və hökumətə önəmli dəstəyimiz var. Eyni zamanda bu koalisiya daxilində bir qərar var. Rotasiya qaydalarına uyğun olaraq hökumətdə dəyişiklilər olur. Biz də 29 oktyabrda yuxarıda bəhs etdiyimiz sayda bələdiyyələrdə qalib gələcəyimiz təqdirdə böyük ehtimal hökumət koalisiyasında təmsil olunmaq şansı qazanacayıq”.

Mission News Theme by Compete Themes.