Press "Enter" to skip to content

TİKA-dan Kosovoda süd istehsalçılarına dəstək

50 fermerə süd istehsalında istifadə edilən maşınlar verilib

BAYRAQDAR MEDİA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Kosovonun güneyindəki Draqaşda yaşayan 50 fermerə süd istehsalında istifadə edilən maşınlar verib.

Yeni Balkan xəbər verir ki, paylanma mərasimində TİKA Priştina koordinatoru Fulya Aslan, NATO-nun Kosovo Sülh Qüvvələri (KFOR) tərkibində bölgədə xidmət edən türk əsgərləri, Kosovo Süd İstehsalçıları Dərnəyinin nümayəndələri və süd istehsalçıları iştirak edib.

TİKA koordinatoru F.Aslan, layihə çərçivəsində Draqaşda süd istehsal edən 50 fermerə sağım maşınları, süd daşıma qabları və gigiyenik material dəstləri payladıqlarını söyləyib: “Layihə çərçivəsində biz süd istehsalı ilə məşğul olan fermerlərimizin gigiyenik şəraitdə məhsul verməsini, süd istehsalının keyfiyyətinin artırılmasını və qida təhlükəsizliyini təmin etməyi hədəfləyirik. Eyni zamanda, süd istehsalçılarının da gəlirlərinin artmasını təmin edəcəyik. Bu gün burada keçirəcəyimiz paylamadan sonra Kosovo Süd İstehsalçıları Assosiasiyası tərəfindən bu fermerlərə təlimlər keçiriləcək. Biz veriləcək təlimlərlə bu layihədən əldə edəcəyimiz faydanı maksimum dərəcədə artırmağı hədəfləyirik”.

Maşınları alan fermerlər türk xalqına və TİKA-ya minnətdarlıqlarını bildiriblər.

Mission News Theme by Compete Themes.