Press "Enter" to skip to content

Teymur Musayev ÜST çərçivəsində ikitərəfli görüşlər keçirib

Xatirə şəkli

BAYRAQDAR MEDİA – Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev ÜST-nin Avropa Regional direktoru Hans Henri Klüqe, Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyat və UNAIDS-in Asiya-Sakit Okean, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Dəstək Qruplarının Direktoru İmonn Merfi ilə ikitərəfli görüşlər keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “səmimi mühitdə keçən görüşlərdə, Azərbaycanın ÜST və onun Avropa Regional Komitəsi ilə qarşılıqlı fəaliyyətinin yüksək səviyyədə olduğu bildirilib. Azərbaycan Prezidentinin ÜST-lə əməkdaşlığa böyük önəm verdiyi, COVID-19 pandemiyası zamanı Qoşulmama Hərəkatı çərçivəsində xüsusi sessiyanın çağırılması ÜST və onun Avropa Regional Komitəsi tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb”.

Görüşlərdə səhiyyə və tibb elmi sahəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf imkanları, əczaçılıq sahəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub. Qeyd edilib ki, ÜST-nin Avropa Regional Komitəsi ilə qarşılıqlı əməkdaşlıq region ölkələrində əhalinin sağlamlığının qorunması, gələcəkdə baş verə bilən pandemiyalara hazırlıq və digər bu kimi sahələrdə tədbirlərin həyata keçirilməsi və mövcud potensialların səfərbər olmasına geniş imkanlar yaradıb.

Mission News Theme by Compete Themes.