Son yeniləmə: 26 Oktyabr 2023 15:25
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsinin Şəhər Şurası Gənclik Məclisi tərəfindən 2008-ci ildən bəri həyata keçirilən “Təhsil üçün əl-ələ” layihəsi üçün yeni dövr qeydiyyatları oktyabrın 27-də başa çatır.
Bu barədə BAYRAQDAR MEDİA-ya bələdiyyədən məlumat verilib.
Bildirilib ki, “Pamukkale Universitetində (PAU) təhsil alan yuxarı kurs tələbələri olan könüllü müəllimlər tərəfindən verilən təlimlərlə həyata keçirilən “Təhsil üçün əl-ələ” layihəsi minlərlə gəncin universitet tələbəsi olmaq arzusunu reallaşdırıb. Layihə çərçivəsində 15 il ərzində 5 min 800 şagirdə dəstək göstərilib”.
Denizli Böyükşəhər Bələdiyyə başçısı Osman Zolan “Təhsil üçün əl-ələ” layihəsinin minlərlə gəncin arzularına çatmasına yol açdığını qeyd edib: “Denizli gənclərimizə inkişaf, gələcək və karyera planlamasına qədər bir çox mövzuda həyata keçirdiyimiz layihələr və araşdırmalarla dəstək oluruq. 15 ildir ki, həyata keçirilən nümunəvi “Təhsil üçün əl-ələ” layihəmizlə minlərlə gəncimiz pulsuz təhsil alıb, universitetə daxil olmaq arzularına çatıb”.