Press "Enter" to skip to content

Sadır Caparov Qırğızıstan bayrağının dəyişdirilməsi ideyasını dəstəkləyib

Qırğızıstan bayrağının əvvəlki (solda) və təklif edilən (sağda) forması

Son yeniləmə: 26 Oktyabr 2023 11:32

BAYRAQDAR MEDİA – Qırğızıstan Prezidenti Sadır Caparov Qırğızıstanın bayrağının dəyişdirilməsi ideyasını dəstəkləyib.

Veçernıy Bişkek xəbər verir ki, o, bu barədə “Kabar” agentliyinə müsahibəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, yeni versiyada günəş şüaları daha aydın görünür: “Bundan əvvəl cəmiyyətimiz tez-tez deyirdi ki, bayrağımız günəbaxan kimi görünür və bu fonda ölkə dizdən qalxa bilmir. Hətta elə oldu ki, əcnəbilər deyirdilər ki, yəqin ki, bizdə günəbaxan çox bitir. Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra biz xarici aləmdən çox asılıyıq. Odur ki, bəlkə də bayrağımızın görkəminə yenidən baxmağın vaxtı çatıb. Üstəlik, bayraq elementlərinin dəyişdirilməsi dünyanın bir çox ölkələrində tətbiq olunur”.

Dövlət başçısı deyib ki, deputatların ilkin variantını bəyənməyib: “Sadəcə bayrağın günəbaxan kimi görünməməsi üçün günəş şüalarının dəyişdirilməsini təklif etdilər. Dürüst olacam. Təklif etdikləri variantı bəyənmədim, çünki günəş şüaları tikanlara bənzəyirdi. Ancaq artıq düzəldilmiş versiya həqiqətən günəş şüalarına bənzəyir. İnşallah bu variant qəbul olunarsa, bundan sonra biz asılı olmayacağıq. İndi elə bil günəş parlayacaq və bizə gülümsəyəcək. Mən heç bir mövhumata inanmıram, amma yenə də ümid etməliyik ki, bundan sonra biz inkişaf etmiş və müstəqil ölkə olacağıq”.

Mission News Theme by Compete Themes.