Son yeniləmə: 26 Oktyabr 2023 11:35
BAYRAQDAR MEDİA – Azərbaycanın Meksikadakı səfirliyi bu ölkənin nüfuzlu orta məktəblərindən biri olan və paytaxt Mexikoda yerləşən özəl “British American School”da Birləşmiş Millətlər Günü münasibətilə keçirilən sərgidə iştirak edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 26-da səfrilikdən məlumat verilib.
Bildirilib ki, “sərgidə Azərbaycanın milli mədəniyyəti, milli geyimləri, dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti nümunələri, o cümlədən müxtəlif suvenirlər, kiçik xalçalar, eləcə də ölkəmizə aid müxtəlif təbliğat materialları sərgilənib və paylanılıb. Azərbaycan stendini ziyarət edən müxtəlif yaş qruplarından olan məktəblilər, eləcə də məktəbin rəhbər və müəllim heyətinə ölkəmizin tarixi və mədəniyyəti barədə məlumat verilib, həmçinin milli mətbəximizin ləziz nümunələri təqdim olunub”.
Səfirliyin guşəsi məktəblilərin geniş marağına səbəb olub.