Press "Enter" to skip to content

Kitab tanıtma: “Müharibənin səsi”

Müharibənin səsi

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlərdən biri də yazıçı, “Qızıl qələm” mükafatı laureatı Nərminə Məmməzadənin “Müharibənin səsi” kitabıdır.

Nəşr II Qarabağ müharibəsinin qəhrəman şəhidlərinin xatirəsinə həsr olunub.

Kitabın ön söz hissəsinin girişində aşağıdakı şeir qeyd olunub:

Ayrı düşdük… otuz ildi
Ümidimiz kəsildi.
İndi yanan işığa bax,
Atan gəldi, Qarabağ!

Kitabda “Bir əlimdə bayraq, digərində torpaq, ürəyimdə isə Vətən və ailə sevgisi” (Babək Səmidli), “Ad günündə şəhid olan baş leytenant” (Ağaqardaş Abbasov), “Məni sevgi və fəxr hissi ilə yadda saxlayın!” (Emil Əsədov), “Onun artıq izləməyəcəyi futbol” (Teymur Məcidzadə), “Gedəndə gülümsə!” (Elşən Salayev), “Bayraq qanadlı əsgər” (Murad Məmmədov) və s. başlıqlarla əsgərlər və onların hekayələri yer alıb.

Qeyd edək ki, nəşr üç dildə (Azərbaycan, rus, ingilis) MEK-də saxlanılır.

Mission News Theme by Compete Themes.