Son yeniləmə: 26 Oktyabr 2023 11:33
BAYRAQDAR MEDİA – “KKTC suverenlik hüquqları, dəniz yurisdiksiyaları, ərazi suları və xalqı ilə türk dünyasının Doğu Akdenizdə, Mavi Vətəndə təmsilçisidir”.
Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar Afyon Kocatepe Üniversitetindəki çıxışı zamanı deyib.
KKTC Cümhurbaşqanlıından BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, E.Tatar qeyd edib ki, Kıbrıs türklərinin Türkiyə Cümhuriyyəti ilə əlaqələrini kəsməsi mümkün deyil: “Ana Vətənimiz Türkiyə ilə Azərbaycan arasında əlaqələrin və birliyin daha da möhkəmlənməsi Kıbrıs türk xalqını da sevindirir. Doğu Akdenizin ən güneyində yerləşən türk dövləti olan KKTC-nin türk dünyasında geosiyasi rolu və əhəmiyyəti günü-gündən artır”.