Son yeniləmə: 26 Oktyabr 2023 14:36
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Caspian Energy Club-ın birgə təşkilatçılığı ilə B2G (Biznesdən Dövlətə) forumu keçirilib. Forum Caspian Energy Club tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, “dövlət və özəl şirkətlərin 120-dən çox nümayəndəsinin qatıldığı forumda Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylivə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev fəxri qonaq qismində iştirak edib. Mustafa Abbasbəyli iştirakçılara qurumun fəaliyyəti, görülən işlər barədə məlumat verib. Sədr əmək bazarının təhlili, gənclərin gələcəyin əmək bazarına düzgün hazırlanması və dayanıqlı məşğulluqlarının təmini istiqamətində Agentlik tərəfindən mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Məşğulluq tədbirlərinin icrasında işəgötürənlərlə əməkdaşlıq edildiyini qeyd edən M.Abbasbəyli işsiz və işaxtaran şəxslərin bilik və bacarıqlarının artırılması, işəgötrənlərin kadr ehtiyaclarının ödənilməsinin vacibliyini vurğulayıb”.
Məlumata görə, Agentlik sədri “Əmək və məşğulluq” altsisteminin işəgötürənlər və iş axtaran şəxslər üçün üstünlükləri barədə məlumat verib, altsistemin əmək bazarının bütün iştirakçılarına ciddi dəstək mexanizmi formalaşdırdığını qeyd edib: “Hazırda məzunların məşğulluq reytinqi sistemi üzərində çalışıldığını deyən M.Abbasbəyli sistemin məzunlar və təhsil müəssisələri üçün perspektivli olacağını vurğulayıb.
V.Quliyev isə layiqli əməyin təmini üzrə Azərbaycanda aparılan islahatlar barədə danışıb. O, “Əmək və məşğulluq” altsisteminin əməyin mühafizəsi və proaktiv nəzarət tədbirlərinin aparılması baxımından yaratdığı imkanlardan bəhs edib, yaxın günlərdə altsistemin bir sıra yeni funksionallıqlarının istifadəyə veriləcəyini vurğulayıb: “Eyni zamanda əməyin mühafizəsi sahəsində aparılan işlərə, işğaldan azad edilmiş rayonlarda Minatəmizləmə Agentliyi ilə birgə həyata keçirilən geniş maarifləndirmə tədbirlərinə toxunaraq qeyd edib ki, Xidmətin tabeliyində yaradılmış Əməyin Mühafizəsi Mərkəzi xidmətlərin çeşidlərinin artırılmasında əhəmiyyətli rol oynayacaq. O, həmçinin cari qanunvericiliyin təkmilləşdirilməsi və işəgötürənlərə metodiki köməklik üzrə yeni layihələr, yerli və xarici tərəfdaşlarla qarşılıqlı əlaqələr haqqında da məlumat verib”.
Məlumatda deyilir ki, “daha sonra Mustafa Abbasbəyli və Vəli Quliyev sual-cavab sessiyasında iştirak edib və tədbirə qatılan iştirakçıların təkliflərini dinləyib, sahibkarları maraqlandıran sualları cavablandırıblar. Tədbirdə həmçinin Mustafa Abbasbəyli və Vəli Quliyevə klubun Fəxri Üzvlük Sertifikatı təqdim olunub və hər iki dövlət qurumu ilə klub arasında açıq dialoq və əməkdaşlığın genişləndirilməsində yaradılan imkana görə təşəkkür edilib. Sonda isə Caspian Energy Club-a yeni üzv olan şirkətlərin nümayəndələrinə üzvlük sertifikatları da verilib”.