Press "Enter" to skip to content

Azərbaycan hazırda tarixinin ən uğurlu dövrünü yaşayır

Vüqar İskəndərov

Son yeniləmə: 26 Oktyabr 2023 10:40

Vüqar İskəndərov: Bu uğurlar, bu nailiyyətlər Prezident İlham Əliyevin 20 illik idarəçiliyinin məntiqi nəticəsidir

BAYRAQDAR MEDİA – “Azərbaycan hazırda tarixinin ən uğurlu dövrünü yaşayır desək, heç də yanılmarıq. Çünki bu gün Azərbaycan nəinki torpaqlarını işğaldan azad edib, eyni zamanda bütün ərazisində suverenliyini bərpa edərək, yeni reallıqlar yaradıb”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, qeyd edib ki, 2023-cü ilin sentyabrında keçirilən bir günlük lokal antiterror tədbirləri dünya üçün bir nümunə oldu: “Əslində, bu ilk nümunə deyildi. Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində də dünyaya nümunə olan bir şücaət sərgilədi. Həmin vaxt Azərbaycanın döyüşdə tətbiq etdiyi taktika uzun illər dünyanın hərbi mərkəzləri tərəfindən öyrəniləcək. O zaman Azərbaycan əsgəri bircə nəfər də olsun mülkü vətəndaşa zərər vurmadı. Bu, kifayət qədər səliqələli yanaşma bu ilin sentyabrında Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı da təkrarlandı. Həmin antiterror tədbirləri zamanı da bircə mülkü şəxsin belə burnu qanamadı və bu yanaşması, sülhsevər addımı ilə Azərbaycan bir daha dünyaya nümunə oldu”.

V.İskəndərov sadalananların fonunda Azərbaycanın hazırda öz tarixinin ən şanlı, ən uğurlu dövrünü yaşadığını vurğulayıb: “Heç şübhəsiz ki, bunun da mərkəzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində həyata keçirilən düşünülmüş, uzaqgörən siyasət dayanır. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını ucaltması məhz bu siyasətin uğurlu olmasının bariz göstəricisidir. Qısası, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və son 20 il ərzində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bu gün qalib Azərbaycan regionda sülhsevər siyasətini davam etdirməklə yanaşı, yeni reallıqları diqtə edir. Cənab Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası, ölkənin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsi yolunda qətiyyətlə çalışaraq, 30 ildən sonra Azərbaycan Bayrağının işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə dalğalanmasına nail olub. Bu uğurlar, bu nailiyyətlər Prezident İlham Əliyevin 20 illik idaərçiliyinin məntiqi nəticəsidir”.

Mission News Theme by Compete Themes.