Press "Enter" to skip to content

Azərbaycan Dövlət Pantomim Teatrı Qusarda

Qusar tamaşasından

BAYRAQDAR MEDİA – Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən teatrların bölgələrə qastrol səfərləri həyata keçirilir.

Bu haqda sözügedın Nazirliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “layihə çərçivəsində Pantomim Teatrı oktyabrın 25-də Qusar şəhərinə səfər edib. Qusar Ləzgi Dram Teatrında pantomimçilər qusarlı teatrsevərlərə repertuarlarındakı maraqlı və baxımlı səhnə nümunələrindən biri olan dahi Hüseyn Cavidin “İblis” əsərini nümayiş edibər. Tamaşanın quruluşcu rejissoru Əməkdar artist Bəhruz Vaqifogludur. Peşəkar pantomimçilərin ifasında mürəkkəb pantomim elementlərin icra olunan tamaşa teatrsevərlərin sürəkli alqışları ilə qarşılanıb”.

Qusar rayon rəhbərliyi onların qonağı olan Teatrın kollektivinə təşəkkür edib, bu gəlişin Qusar teatrsevənləri üçün əsl bayram olduğunu vurğulayıb.

Xatırladaq ki, qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha səmərəli keçirilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Mission News Theme by Compete Themes.