BAYRAQDAR MEDİA – Noyabrın 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki Opera Studiyasında Xalq artisti, aktyor İlham Namiq Kamalın “1001 gülüş” adlı yaradıcılıq axşamı təşkil olunacaq.
Sözügedən Studiyadan BAYRAQDAR MEDİA-ya bildirilib ki, yumoristik məzmunlu yaradıcılıq axşamında solo çıxışlar nəzərdə tutulub.
Bildirək ki, görüşdə Xalq artistinin doğmaları, dostları, sənət yoldaşları və onu sevənlər iştirak edəcək.
Yaradıcılıq axşamı saat 20:00-da başlayacaq.