BAYRAQDAR MEDİA – AMEA Rəyasət Heyəti aparatının Elektron Akademiya şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada növbəti Vikipediya təlimləri başlayıb.
Təlimi kitabxananın Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarına keçir.
İlk təlim günündən sonra X.Məmmədli BAYRAQDAR MEDİA-ya təlimlə bağlı fikirlərini bölüşüb: “Bu gün Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları ilə Viki təlimə başladıq. Kimya sahəsi üzrə Azərbaycan Vikipediyasında yeni məqalələrin yaradılması və əsaslı redaktəsi üzrə işlər görüləcək. İlk gün təlimçilərə Vikipediya haqqında, məqaləni necə yaratmaq lazımdır bu haqda ümumi məlumat verdim, günümüzdə informasiya mübadiləsində Vikipediyanın əvəzsiz rolu haqda danışdım. Təlim bitəndən sonra iştirakçılar Vikipediyaya verdikləri töhfələrin nəticəsində sertifikatla təltif olunacaq”.
Qeyd edək ki, təlimlər təqribən bir ay olacaq.